İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb

  • By admin
  • 01 Noyabr 2020 18:59

Türkiyənin İzmir şəhərində yeraltı təkanlar nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Qeyd olunub ki, hazırda 218 nəfərin müalicəsi davam edir.

 

 

Gununsesi.info