
Ardıcıl 29-cu həftədir ki, Təl-Əvivin Balfur küçəsində hökumət əleyhinə dinc etirazlar keçirilir. Bu müddət ərzində nümayişçilərə qarşı 400-dən çox hücum qeydə alınıb. Onlar məhkəmənin sonuna qədər Netanyahunun həbs olunmasını tələb edirlər.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, bu haqda İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.
“Qara bayraqlar” hərəkatı “Netanyahunun bizi Tramp tərəfdarları ilə müqayisə etmək cəhdinin “Baş nazirin qızışdırıcı fəaliyyətinin birbaşa davamı olduğunu” bəyan edib.
Dünən – yanvarın 8-də isə görünməmiş bir olay yaşanıb. Etirazçılar Smolenskin küçəsində bir nəzarət məntəqəsindəki blokpostu dağıdıblar. Bununla əlaqədar olaraq Baş nazir və ailəsi yaşadıqları mənzildən təxliyyə edilərək 40 dəqiqə ərzində xüsusi bir otağa yerləşdirilib. Etiraz aksiyası zamanı 8 nümayişçi həbs edilib.