
İsrail ABŞ-dan daha 25 “F-35” qırıcısı almağa qərar verib.
Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunacaq əlavə 25 təyyarə ilə İsrail Hərbi Hava Qüvvələrindəki “F-35”lərin sayı 75-ə çatacaq”, – məlumatda qeyd edilib.