İşğaldakı ərazidən Ukrayna taxılının daşınmasına başlandı

Yeddi min ton taxıl daşıyan ilk ticarət gəmisi Berdyansk limanından yola düşüb.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın işğal olunmuş Zaporojye vilayətində Rusiyanın qurduğu hərbi-mülki administrasiyasının rəhbəri Yevgeni Balitski deyib.

O qeyd edib ki, ilk ticarət gəmisi bir neçə aylıq fəaliyyətsizlikdən sonra Berdyansk dəniz ticarət limanını tərk edib.

“7 min ton taxıl dost ölkələrə yola salındı”, – özünün “Telegram-kanal”ında bildirib.

Balitskinin sözlərinə görə, limanın minalardan təmizlənməsi, eləcə də quru yük gəmisinin təhlükəsizliyini Qara Dəniz Donanması təmin edir.

Gununsesi.info