
Haqq və Ədalət Partiyasının sədri Əli İnsanovun Prezident İlham Əliyevi dəstəkləməsi barədə açıqlaması müavini İsfəndiyar Vahabzadə tərəfindən istefa ilə qarşılanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsfəndiyar Vahabzadə özü bildirib:
Əli İnsanovun bu addımından sonra HƏP-də qalmağım soyadıma xələl gətirə bilər. Mən əqidə adamıyam. Çox yerdə işləmişəm. Amma mənim bir əqidəm olub. İstəmirəm ki, mən öləndən sonra başdaşıma tüpürsünlər. O başdaşında yazılmayacaq ki, bu səfir olub, elmlər doktorudur, professordur və s. Orada yazılacaq ki, İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə. O partiyada qalmağım mənim familyama xələl gətirər. Mən familyamı qoruyuram”.
Qeyd edək ki, HƏP İdarə Heyətinin son iclasında Əli İnsanov Qarabağı azad etdiyi üçün İlham Əliyevi dəstəklədiyini bəyan edib.
Gununsesi.info