İran səfirliyi İlham Əliyevi təbrik etdi

  • By ilhame
  • 24 Dekabr 2021 15:31

İranın Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, səfirliyin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“İranın Azərbaycandakı səfirliyi dost, qardaş və qonşu ölkə olan Azərbaycanın möhtərəm Prezidenti Zati-aliləri cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, onun rəhbərliyi altında Azərbaycan xalqına isə rifah və səadət arzulayır!”

Gununsesi.info