İran səfiri Ermənistanın müdafiə naziri ilə görüşdü – AZƏRBAYCANA QICIQ

  • By admin
  • 01 Oktyabr 2021 20:43

Ermənistanın müdafiə naziri Arşak Karapetyan İran səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.

“Armenian News”-un xəbərinə görə, görüşdə İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik Bəhmən Sadegin də iştirak edib.

Görüş zamanı Ermənistanın müdafiə naziri bölgədəki vəziyyəti açıqlayıb, İranın regional təhlükəsizliyin təmin edilməsindəki rolunun əhəmiyyətini qeyd edib.

Tərəflər Ermənistan-İran əməkdaşlığının dərinləşməsi və regional problemləri ilə bağlı məsələləri də müzakirə ediblər.

Gununsesi.info