
Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Ould 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Gununsesi.info xəbər verir ki, səfir bununla bağlı “Twitter” hesabında Azərbaycan dilində paylaşım edib.
“Bu gün Azərbaycan xalqı öz istiqlaliyyəti, azadlığı və dövlət müstəqilliyini qazanması ilə nəticələnən mübarizə tarixinin başladığı günü qeyd edir. Bütün Azərbaycan xalqını 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm!”, – diplomat qeyd edib.
Gununsesi.info