İlon Maskdan yeni sosial şəbəkə ANONSU

İlon Mask yeni sosial şəbəkənin yaradılması ilə bağlı anons verib. “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu, iş adamı İlon Mask yeni sosial şəbəkə yaratmaq barədə ciddi şəkildə fikirləşdiyini söyləyib.

Gununsesi.info “CNN”-ə istinadən xəbər verir ki, bu barədə amerikalı milyarder özünün “Twitter” hesabında yazıb.

Milyarder bildirib ki, izləyicilərindən biri ondan söz azadlığına və hörmətə üstünlük veriləcək, təbliğatın minimal olduğu açıq mənbə alqoritmi olan yeni sosial şəbəkə yaratmağı düşünüb-düşünmədiyini soruşub.

“Mən bu barədə çox ciddi şəkildə düşünürəm”, – deyə Mask cavab verib.

Gununsesi.info