
“Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq”.
Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 24-də Şuşada Cıdır düzündə çıxış edərkən deyib.
“Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm o vaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – Prezident İlham Əliyev qeyd edib.
Gununsesi.info