
İctimai fəal İlkin Rüstəmzadə təhdidlə üzləşməsi barədə sosial şəbəkədə qeyd paylaşıb.
Onun sözlərinə görə, onu təhdid edən şəxslə mübahisəsindən sonra təhqirlərə də məruz qalıb:
”Yazıb soruşdum ki niyə təhqir edirsən, təhqirini davam etdirdi, ardınca da “razborka”ya çağırdı.
Mən də artıq buna öz ritorikasıyla cavab verdim.
Dalınca da nömrəmi tapıb, 055-577-25-48 nömrəsilə vatsappdan yığıb, təhdid eləyir.
Xətai Quliyev adlı bu şəxs hüquq-mühafizə orqanı əməkdaşıdır. Özünün tikinti şirkəti də var”.
Gununsesi.info-nun əməkdaşı İlkin Rüstəmzadənin paylaşdığı telefon nömrəsi ilə əlaqə saxlayıb.
Adıçəkilən şəxs təhqir dolu ifadələrlə əməkdaşımızı da təhdid edib.
Gəldiyimiz qənaət isə həmin şəxsin ruhi -əsəb xəstəsi olması ehtimalını yaradır. Yoxsa, normal insan ona sual verən jurnalisti niyə təhdid etsin ki?
Qeyri-iş günü olduğundan DİN-nin məsələyə münasibətini öyrənə bilmədik.
Mövzuya qayıdacağıq.
Gununsesi.info