
Milli Məclisin Hesablayıcı Komissiyasının tərkibi müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, bununla əlaqədar parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk iclasının gündəliyinə məsələ daxil edilib.
Hesablayıcı komissiyanın yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsinə görə, komissiyanın üzvləri aşağıdakı kimi müəyyənləşib:
Eldar Quliyev – sədr
Elnur Allahverdiyev
Rauf Əliyev
Emin Hacıyev
Sevinc Hüseynova
Sədaqət Vəliyeva
Mixail Zabelin
Xatırladaq ki, Hesablayıcı Komissiyanın hazırkı tərkibi də adları qeyd edilən deputatlardan ibarətdir.
Gununsesi.info