“Həkimlərin işə qəbul qaydası dəyişdirilir” - Komitə sədri

Regionlarda həkim çatışmazlıgı böyük problemdir.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri deputat Razi Nurullayevin bölgələrdə həkim çatışmazlıgı ilə baglı fikirlərini təsdiqləyib.

“Həkimlərin işə qəbul olunması qaydası kökündən dəyişdirilir. Bölgələrdə həkimlərin işə qəbulu orada yerləşən tibb müəssisələrinin ixtiyarına verilir”.

Gununsesi.info