
İnzibati qaydada cəza çəkən “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədlinin keçirdiyi aclıq aksiyası onun səhhətində problem yaradıb. Təzyiqinin düşməsindən sonra onun burnundan qan açılıb.
Gununsesi.info-ya barədə fəalın vəkili Zibeydə Zəkəriyyəyeva deyib.
Vəkilin sözlərinı görə, Əhməd Məmmədlinin səhhəti pisləşdiyindən aclığı dayandırıb.
Hərəkat üzvlərinin yaydığı məlumatda deyilir ki, onun əlaqə saxlamasına imkan yaradılmamasının səbəbi aclıq aksiyası etməsi olub.
“Aclıq aksiyasın dayandırandan sonra Əhməd Məmmədli ailəsi ilə əlaqə saxlayıb. Hazırda Əhməd Məmmədlinin vəziyyəti yaxşıdır”.
“Demokratiya 1918” Hərəkatının məlumatında deyilir ki, Məmmədli həbsini qanunsuz və siyasi sifariş hesab edir: “O, həbsinə etiraz olaraq sentyabrın 20-dən aclığa başlayıb”.
Daxili İşlər Nazirliyi bu məlumata hələ münasibət bildirməyib.
Xatırladaq ki, Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədliyə Səbail Rayon Polis İdarəsinin təqdimatı ilə Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə 30 sutka inzibati həbs cəzası verib.
Hərəkatın sədri məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirib ki, o, sülh çağırışlarına və hakimiyyəti tənqidlərinə görə həbs olunub.
Mətləb
Gununsesi.info