Günəşin ən keyfiyyətli görüntüsü - FOTO

Avropa Kosmik Agentliyinin müşahidə peyki “Solar Orbiter” 74 milyon kilometr məsafədən Günəşin yüksək keyfiyyətə malik fotosunu lentə alıb.

Gununsesi.info “Autoevolution” saytına istinadən xəbər verir ki, fotonu çəkmək üçün Ekstremal Ultrabənövşəyi Görüntü Teleskopundan (EUI) istifadə edilib.

Günəşin fotosunun bütöv halının əldə edilməsi üçün 74 milyon kilometr məsafədən 25 şəkil çəkilib. Daha sonra Günəşin tam görünməsi üçün həmin şəkillər birləşdirilib.

Fotoşəkilin 83 milyon pikseldən çox olduğunu bildirilir.

Gununsesi.info