Güclü külək ağacı qaz xəttinin üzərinə aşırdı

  • By turana
  • 13 Yanvar 2021 15:19
Əsən güclü külək nəticəsində Bakının Nizami rayonunun Ə.Kürçaylı küçəsi 18 ünvanında ağac qırılaraq qaz xəttinin üzərinə aşıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” Istehsalat Birliyindən məlumat verilib.

Nəticədə yaşayış binasının qaz xəttini zədələyib. Bu səbəbdən 360 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Gununsesi.info