Generala yüksək vəzifə verildi

Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.

Gununsesi.info bu barədə komitənin saytına istinadən xəbər verir.

DGK rəisi Şahin Bağırovun əmri ilə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Orxan Nuriyev vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Güloğlan Muradlı təyin edilib.

O.Nuriyev isə Gömrük İnzibatçılığı Baş İdarəsinə rəis göndərilib.

Qeyd edək ki, general Muradlı bu təyinata qədər Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən il vəzifəsindən azad edilmişdi.

 

 

Gununsesi.info