
Sentyabrın 27-28-də G20 ölkələrinin energetika nazirlərinin iclası keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə tədbir təşkilatçılarının məlumatında deyilir.
“G20 ölkələrinin energetika nazirlərinin toplantısı 27-28 sentyabr 2020-ci il tarixlərində Səudiyyə Ərəbistanının sədrliyi ilə keçiriləcək. Tədbirdə enerji bazarının sabitliyi və təhlükəsizliyi mövzusunda əməkdaşlığı gücləndirmək və davamlı enerji sistemlərinin təşviqi və inkişafını müzakirə olunacaq”, – məlumatda deyilir.
Bundan başqa, enerji resurslarına qlobal çıxışı da tədbirin müzakirə mövzularından biri olacaq. Nazirlərin görüşü onlayn formatda təşkil olunacaq.
Gununsesi.info