Gəncəlilər də şəhidini adına layiq dəfn etdi - VİDEO/ FOTOLAR

  • By admin
  • 14 Sentyabr 2022 17:42

Ermənistan silahlı qüvvələrinin  təxribatı nəticəsində həlak olan hərbçilər arasında Gəncədən olanlar da var.

Gununsesi.info-nun xəbərinə görə, bu gün şəhidlərimiz -m  Erkin Hüseynov, Asiman İmamverdiyev və Üzeyir əliyevlə vida   mərasimi keçirilib.

Dəfndə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə natiqlər hər bir şəhidin xalqımızın qəlbində əbədi yaşayacağını deyərək, onların qəhrəmanlıqlarından söz  salıb.

Dəfn mərasimi zamanı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid valideynlərinə bildirib ki, dövlətimiz və xalqımızın şəhidlərimizin adını hər zaman uca tutacaq, onların xatirəsini əbədi yaşadacaq.

 

I4

Gununsesi.info