Gəncədə dönərxana yandı

  • By ilhame
  • 02 Aprel 2024 21:35

Gəncə şəhərində yerləşən dönərxanalardan birində yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

İlkin məlumata görə, ümumi sahəsi 16-kvm olan obyektin 4-kvm yanıb.

Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub.

Məlumata görə, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info