
Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz gizir İmamverdiyev Asiman Mehman oğlu, Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Şəhid hərbi qulluqçumuz gizir olub.
Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki, Gəncənin Şəhidlər Xiyabanında Silahlı Qüvvələrimizin giziri Asiman İmamverdiyev və əsgər Erkin Hüseynovla vida mərasimi keçirilir.
Vida mərasimində şəhər sakinləri, Müdafiə Nazirliyi və digər qurumların rəsmiləri, qazilər, şəhid ailələri iştirak edir.
Gununsesi.info