Futbol matçında FACİƏ: izdiham nəticəsində 129 nəfər ÖLDÜ

İndoneziyada futbol meydançasında genişmiqyaslı dava baş verib.

Bu barədə Gununsesi.info CNN-ə istinadla xəbər verir.

İğtişaşlar və izdihamlar nəticəsində azı 129 nəfər həlak olub.

Faciə Şərqi Yavanın Malanqa şəhərindəki stadionda iki komandanın – “Persebaya Surabaya” və “Arema” FC arasında keçirilən matçdan sonra baş verib. Məğlub olan komandanın azarkeşləri meydana axışıblar.

Azarkeşlər çıxışa qaçarkən polis gözyaşardıcı qazdan istifadə edib və izdiham yaranıb. Bu da boğulma hallarına gətirib çıxarıb.

“Əvvəlcə iğtişaş baş verdi. O, anarxiyaya çevrildi. Onlar (azarkeşlər – red.) zabitlərə hücum etməyə başladılar, maşınlara ziyan vurdular”, – Şərqi Yava polisinin rəisi Niko Afinta bildirib.

İğtişaşlar nəticəsində 129 nəfər, o cümlədən qadın və uşaqlar, həmçinin iki polis həlak olub. Daha 180 nəfər yaralanıb. Bu, futbol meydançasının ən böyük faciəsinə çevrilib. İndoneziyanın idman və gənclər naziri Zainudin Amali araşdırma aparılmasına göstəriş verib.

Gununsesi.info