
Azərbaycanda yeni fəaliyyətə başlayan insan haqları təşkilatı olan “Müdafiə Xətti”nin həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbər Fransanın Azərbaycandakı səfiri Gross Zacharie ilə görüşüb.
Gununsesi.info-ya açıqlamasında Rüfət Səfərov deyib ki, görüşdə “Müdafiə Xətti”nin yaranma məqsədi, indiyə qədər gördüyü işlər və bundan sonra atacağı addımlar barədə səfirə geniş məlumat verilib:
“Söhbət əsnasında ölkədəki ictimai-siyasi durum da müzakirə mövzusu oldu. Xatırladım ki, bundan əvvək “Müdafiə Xətti”nin həmtəsisçiləri Avropa İttifaqının Azərbaycandakı səfiri cənab Jankauskas Kestutis ilə görüşmüşdü”.

Gununsesi.info