
Sabirabad rayonunun Qaratəpə kəndində yanğın olub.
Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 104 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə, 1 otağının tavanı 10 m² sahədə və döşəməsi 3 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info