Ermənistanla normallaşmanı Azərbaycanla koordinasiya edəcəyik — Ərdoğan

Emənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcəyik.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, Qarabağın 30 ildən sonra azad edilməsi nəticəsində münasibətlərin normallaşması üçün şərait yaranıb.

Ərdoğan Türk dünyasının güclənməsi üçün bütün lazımi addımları atacağını vurğulayıb.

Türkiyə lideri NATO-nun genişlənməsindən, Qəzzadakı müharibədən də bəhs edib. Ərdoğan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması zəruri olduğunu deyib.

 

 

 

Gununsesi.info