Ermənistanın alay komandiri fərarilik edib, hərbi qulluqçuları itkin düşüb

  • By admin
  • 03 Noyabr 2020 16:39

Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.

Gununsesi.info