Ermənistanda keçmiş nazir axtarışa verildi – Cinayət işi başladıldı

  • By arzu
  • 25 Dekabr 2020 11:01

Ermənistanın sabiq mədəniyyət naziri Asmik Poqosyan axtarışa verilib.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş erməni nazirə və Ermənistanın İsraildəki sabiq səfiri Armen Smbatyana qarşı cinayət işi açılıb.

Poqosyan vəzifə səlahiyyətlərindən sui-istifadədə, cinayətkar yolla külli miqdarda vəsait mənimsəməkdə ittiham olunur.

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən Smbatyan isə 20 milyon dram girov müqabilində sərbəst buraxılıb.

Gununsesi.org