“Ermənistana raket texnologiyaları satanlar bir daha düşünməlidir” - PREZİDENTİN KÖMƏKÇİSİ

  • By admin
  • 11 Oktyabr 2020 13:46

“Ermənistana raket texnologiyaları satanlar bir daha düşünməlidir. Bu halların qarşısı alınmaldır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslər Ermənistanın Gəncədə törətdiyi vandalizmi izləsin:

“Görsünlər ki, Ermənistan bu silahlardan hansı iyrənc məqsədlərlə istifadə edir. Onlar son dövrlərdə mülki təyyarələrdən silah-sursat daşınması üçün istifadə edir. Həmin təhlükəli raket sistemləri ilə mülki əhalini, uşaqları atəşə tutur”

 

 

 

Gununsesi.info