
Ermənistanın İstintaq Komitəsi noyabrın 16-da Zəngəzurda Azərbaycan Ordusuna əsir düşən erməni əsgərlər barəsində başlanmış cinayət işinin məlumatlarını açıqlayıb.
Ermənistan KİV xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, noyabrın 16-da Azərbaycanla sərhəddə baş verən döyüş əməliyyatları zamanı iki postda keşik çəkən 37 əsgərdən 5-i ölüb (bu qədər cəsəd geri qaytarılıb), 21 nəfər əsir götürülüb, 11 nəfər azad edilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Ordumuzun bir leytenantl, bir giziri, bir MAXE-si və dörd əsgəri (7 hərbçi) şəhid olub, 10 hərbçimiz yaralanıb.
Gununsesi.info