
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının tərkibinin genişləndirilməsi məsələsi bu ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter jurnalistlərə açıqlamasında bildirib.
Ritter hazırda müşahidə missiyasında 23 Aİ-yə üzv dövlətin nümayəndələrinin olduğunu vurğulayaraq, missiyaya Aİ-yə üzv olan 27 ölkənin hamısının nümayəndələrinin daxil edilməsi imkanının olduğunu deyib.
“İlin sonuna qədər Brüsseldə missiyanın genişləndirilməsi məsələsi müzakirə olunacaq. Nəticələri gözləmək lazımdır. Amma daha əvvəl də qeyd edildiyi kimi, hazırda burada baş verənlərə görə bu missiyaya böyük siyasi diqqət yetirilir”, – deyə o əlavə edib.
Aİ-yə daxil olmayan üçüncü ölkənin Aİ-nin Ermənistandakı missiyasına qoşulması ehtimalına gəlincə, Markus Ritter Kanadanın Aİ-nin müşahidəçi missiyasına qoşulmaq qərarına gəldiyini və digər ölkələrdən də eyni maraq olacağı təqdirdə bu məsələyə baxılacağını və Brüsseldə müzakirə ediləcəyini xatırladıb.
Gununsesi.info