
Ermənistan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsinə ümid etmir.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azad Avropa/Azadlıq” (ermənicə “Azatutyan”) radiosuna müsahibəsində bildirib.
“Təbii ki, belə bir ümid var idi və təbii ki, o ümid tamamilə itdi və artıq belə bir ümid yoxdur. KTMT-nin Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən (?) tamamilə çıxarılması üçün hələ də lazımi reaksiya verməməsi bizim gözləntilərimizin özünü doğrultmadığı anlamına gəlir”, – deyə o radioya müsahibəsində bildirib.
Gununsesi.info