“Ermənilərin Azərbaycana məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır” - MN

  • By admin
  • 15 Oktyabr 2020 16:54

Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

 

 

Gununsesi.info