Ermənilər Şuşanı atəşə tutub- RƏSMİ

Dünən Ermənistan silahlı qüvvələri Şuşanı atəşə tutub.

Gununsesi.info bildirir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumatda deyilir:

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.