
Bu gün döyüş mövqelərindən birində erməni hərbi qulluqçunun meyiti tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 14-də saat 10:25 radələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi əsgər Arsen Armenoviç Manukyanın (2003-cü il təvəllüdlü) başında güllə yarası olan meyiti şimal-şərq istiqamətində yerləşən N saylı hərbi hissənin döyüş postunda aşkar edilib. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır”, – məlumatda deyilir.
Gununsesi.info