
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli açıqlanıb.
Gununsesi.info xəbər verir ki, Vahid Tarif Cədvəli Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilib.
Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Qərarın əlavəsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəli aşağıdakı kimidir:
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı
(manatla) |
1 | 300 |
2 | 312 |
3 | 325 |
4 | 338 |
5 | 353 |
6 | 367 |
7 | 383 |
8 | 398 |
9 | 415 |
10 | 432 |
11 | 450 |
12 | 468 |
13 | 487 |
14 | 508 |
15 | 528 |
16 | 549 |
17 | 604 |
18 | 725 |
19 | 979 |