Dolmanın içindən narkotik çıxıb

  • By ilhame
  • 12 Fevral 2024 20:07

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

 

Gununsesi.info-ya bu barədə Penitensiar xidmətdən bildirilib.

 

Məlumata görə, Vasif Vaqif oğlu Hüseynzadənin tanışı Vüsal Nurəddin oğlu İsayev tərəfindən gətirilmiş sovqatdakı 4 ədəd dolmanın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 4,650 qram qurudulmuş marixuana aşkar olunub.

Gununsesi.info