
Daxili İşlər Nazirliyi Bərdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Gununsesi.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 28-də saat 19 radələrində Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində kənd sakini R.Hüseynovun idarə etdiyi “VAZ-2106”, Ağdaş rayon sakini S.Abidovun idarə etdiyi “VAZ-2105” və Yevlax rayon sakini Ə.Əhmədlinin idarə etdiyi “Haval” markalı avtomobillər toqquşub. Nəticədə R.Hüseynov və sərnişini E.Quliyev hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info