
Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinat olub.
Media resurslarında yayılan məlumatlarda qeyd olunur ki, idarənin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə Günay Qurbanova təyin edilib.
Deputat Sadiq Qurbanov həyat yoldaşı Günay Qurbanovanın Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni vəzifəyə təyinat almasına münasibət bildirib.
Millət vəkili Sadiq Qurbanov Publika.az-a açıqlamasında söyləyib ki, həyat yoldaşı bir ildən çoxdur adıçəkilən qurumda çalışır:
“Sadəcə olaraq o bir nəfər kimdirsə, medianı, publikanı alətə çevirib. Hamı onun yaydığı xəbəri tirajlayıb. Həyat yoldaşım bir ildən çoxdur orada çalışır. Heç vəzifə bölgüsü də yoxdur. Köhnə informasiyanı yaymaq nə dərəcədə doğrudur?! Belə bir şey yoxdur”.