Daha bir məşhur brend Rusiya bazarını tərk edir

Fransanın məşhur şin istehsalçısı “Michelin” Rusiyadakı biznesini yerli top-menecmentə vermək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, şirkətdə bu qərar mövcud şəraitdə tədarüklərin davam etdirilməsinin mümkünsüzlüyü ilə izah olunur.

“Michelin”in Rusiya nümayəndəliyi ötürülmədən sonra müstəqil struktur kimi fəaliyyət göstərəcək.