COVID-19-a yoluxanların sayı açıqlandı  - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

HTML tutorial

Azərbaycanda indiyədək ümumilikdə 824 641 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 353 nəfər müalicə olunaraq sağalıb, 9 984 nəfər vəfat edib, aktiv xəstə sayı 304 nəfərdir.

Ölkədə son sutka ərzində 2 136, hazırkı dövrədək isə 7 388 051 test aparılıb.