Co Baydenin qərargahı seçkilərdə qələbə qazanıldığını elan etdi

  • By admin
  • 04 Noyabr 2020 22:37

ABŞ-da prezidentliyə namizəd Co Baydenin qərargahı seçkilərdə qələbə qazanıldığını elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

“Biz seçkilərdə qalib gəlirik, biz seçkiləri udmuşuq. Biz bu seçkiləri müdafiə edəcəyik”, – deyə qərargahın müşaviri Bob Bauer bildirib.

O qeyd edib ki, qərargah respublikaçıların məhkəməyə mümkün müraciətlərinə  görə narahat deyil.

Seçki qərargahının meneceri Cen Omelli Dillon isə bildirib ki, Co Bayden gün ərzində amerikalılara müraciət edəcək.

“Biz gözləyirik ki, gün ərzində Co Bayden amerikalılara müraciətlə çıxış etsin”, – deyə C.Dillon bildirib.

 

 

Gununsesi.info