Ceyhun Bayramov Mustafa Şentopla görüşdü – FOTO

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.

Gununsesi.info-nun məlumatına görə, görüş zamanı C.Bayramov Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərini “Bakı bəyannaməsi”nin imzalanması münasibətilə təbrik edib. XİN başçısı qeyd edib ki, bu bəyannamə bütün sahələrdə ölkələrimiz arasında əməkdaşlığın inkişafına, xüsusilə parlamentlərarası əlaqələrin gücləndirilməsinə mühüm töhfə verəcək.

M.Şentop da öz növbəsində üç qardaş ölkə arasında əlaqələrin bundan sonra daha da güclənəcəyini diqqətə çatdırıb.

Gununsesi.info