
Azərbaycan Voleybol Federasiyasının (AVF) növbəti hesabat-seçki konfransı keçirilib.
Gununsesi.info-nun məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.
Ardınca AVF-nin son illərdəki fəaliyyəti barədə qurumun prezidenti Cavid Qurbanovun hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. Cavid Quliyev yenidən federasiyanın yeni prezidenti seçilib.
Qeyd edək ki, Qurbanov 2016-cı ildən AVF-nin rəhbəridir.
Gununsesi.info