
“Aşıq Şəmşir” mədəniyyət ocağı ictimai birliyinin Ümumi yığıncağı keçirilib.
Birlikdən Gununsesi.info-ya verilən məlumata görə, 46 nəfər üzvün iştirak etdiyi yığıncaqda aşağıdakı məsələlər müzakirə olunub.
Gündəlikdəki məsələlər:
1. Birliyin sədrinin və idarə heyətinin növbəti iki il üçün seçilməsi
2. Təsisçi tərkibinin dəyişdirilməsi
3. Sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyət verilməsi və Ədliyyə Nazirliyinə müraciət edilməsi.
Bildirilib ki, birliyin sədri Qənbər Qurbanov vəfat etdiyi üçün yeni sədr seçilməlidir.
Məsələnin müzakirəsindən sonra birlik üzvləri Cavid Qurbanovu sədr seçib.
Bundan başqa birliyin sədr müavini Həbib Misirov seçilib.
İclasda, həmçinin birliyin idarə heyəti formalaşıb.
Aşıq Şəmşirin nəticəsi Şəmşir Şəmşirli İdarə Heyətinin üzvü seçilib.
Gununsesi.info