
Ötən ilin 14 iyulunda “Qarabağa azadlıq” şüarı ilə keçirilən aksiyada həbs edilən və sonradan ev dustaqlığına buraxılan AXCP funksionerlərinə hökm oxunub.
Gununsesi.info xəbər verir ki, Fuad Qəhrəmanlı və Məmməd İbrahim 4 il 1 ay, Ayaz Məhərrəmli və Bəxtiyar İmanov isə 3 il 7 ay müddətinə azadlıqdan şərti məhrum edildilər.
Daha 8 nəfər Qarabağ sevdalısına da qanunsuz olaraq 2 il 7 ay müddətinə azadlıqdan şərti məhrimetmə cəzası verilib.
İnsan haqları təşkilatları adıçəkilən şəxslərin həbsini qanunsuz adlandırmışdı.
Gununsesi.info