
Amerikanın fəst-fud şəbəkəsi “Burqer Kinq” Rusiyadakı fəaliyyətini dayandırmaq istəsə də, rusiyalı tərəfdaşlarının etirazından sonra bu qərarı müəyyən müddətə təxirə salıb.
Gununsesi.info xəbər verir ki, bu barədə fəst-fud şəbəkəsi məlumat yayıb.
Bildirilir ki, şirkətin Rusiya bazarında üç fərqli tərəfdaşla 800 restoranı fəaliyyət göstərir:
“Həmin tərəfdaşlarla əməkdaşlığa son qoymaq istəyirik. Hissələrimizi satmaq üçün prosesə başladıq. Biz bunu dərhal etmək istərdik. Ancaq rus tərəfdaşlarla əldə olunan razılaşmalara görə, bu, müəyyən vaxt aparacaq”.
Gununsesi.info