
“Bundan sonra bütün proseslərə Azərbaycan özü nəzarət edəcək”.
Gununsesi.info xəbər verir ki, bunu Azadlıq Radiosunun “İzahla” buraxılışında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev son hərbi əməliyyatların nəticəsi olaraq seperatçı rejimin özünü nə zaman “buraxacağı”, həmin prosesə kimin nəzarət edəcəyi ilə bağlı sualı cavablayan zaman deyib.
“Amma burada Rusiya sülhməramlı elementi var. Xüsusən, təhlükəsizlik baxımından 2025-ci ilə kimi onlar orada olacaq”, – deyə F. Şəfiyev əlavə edib.
Gununsesi.info