
Bəzi içkilər koronavirusa yoluxmuş insanların sağalmasına kömək edir.
Gununsesi.info xəbər verir ki, COVID-19 infeksiyasından qorunmaq üçün maye qəbulunu artırmaqla xəstəliyə yoluxma riskini nisbətən azaltmaq mümkündür.
Xəstəliklə mübarizədə bədənin təmizləmə funksiyasını yerinə yetirən əsas maye sudur. Maye qəbul edilməsi deyəndə təkcə suyun qəbulu nəzərdə tutulmur. Sudan başqa gün ərzində tünd içkilər, qəhvə, çaylar, müxtəlif qazlı içkilər və kompotlar da içmək olar.
Koronaviruslu xəstələrin ya adi sudan, ya da müxtəlif bitki dəmləmələrindən istifadə etməsi məsləhət görülür. Aparılan araşdırmalara görə, tünd içkilər – qəhvə və çay xəstəlik zamanı mənfi təsir göstərir.
Orqanizmdəki suyun bir hissəsini itirmək öz mənfi təsirini dərhal büruzə verir. Belə hallarda insan su içmədikdə vəziyyəti daha da pisləşə bilər. Qida və tullantıların daşınması, bədən temperaturunun nizamlanması, oynaqlarda sürüşkənliyin və orqanizmdəki bir çox kimyəvi reaksiyaların tənzimlənməsi baxımından maye olaraq qəbul edilən suyun əhəmiyyəti çox böyükdür.
Gununsesi.info