
Bu gün Azərbaycan Qolf Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.
Gununsesi.info xəbər verir ki, federasiyanın yeni prezidentinin adına aydınlıq gələcək.
Xatırladaq ki, Azərbaycan Qolf Federasiyası 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən yaradılmışdı. Lakin Z.Məmmədov nazir postunu tərk etdikdən sonra oğlu da federasiya ilə maraqlanmayıb.
2018-ci ildən federasiyanın ofisinin qapısı bağlanıb və fəaliyyət dayandırılıb.
Gununsesi.info