
Qoç – çoxsaylı problemlər yaratmamaq üçün başqalarının təcrübəsindən də yararlana bilərsiniz. Yeni romantik münasibətlərə başlamaq və ya əvvəllər kəsdiyiniz təmasları bərpa etmək üçün yaxşı zamandır.
Buğa – yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi rəvan qurun. Layiq olmayan insanlara inanmayın, onlara etibar etməyin. Səy göstərsəniz, bədxahınızı və sizə mane olmaq, böhtan atmaq istəyən şəxsi ifşa edə bilərsiniz.
Əkizlər – əks cins mənsubu ilə fikir ayrılıqları yarana bilər. Günün ikinci yarısında yaranacaq münaqişəni dərhal həll edin.
Xərçəng – ən kiçik çətinlikləri ürəyinizə salmayın. Xırda müşküllərə görə əhvalınızı pozmayın. Yaxşı əhvalınızı qoruyun. Bu, ilk baxışdan göründüyü kimi çətin deyil.
Şir – ideyalarınızı könüllü paylaşa bilərsiniz. Layihənizin reallaşdırılmasında sizə yardım edəcək insanla tanış olacaqsınız. Çalışdığınız sahədə təşəbbüskar olun. Hətta ən cəsarətli və ilk baxışdan absurd ideyalarınız dəstək ala bilər.
Qız – gəlir istisna deyil. Günün ikinci yarısı alış-veriş üçün əlverişli zamandır. Şəxsi münasibətlər baxımından ən əlverişli zaman deyil.
Tərəzi – yaxınlarınızla təmaslarda həssas və diqqətli olun. Ehtiyac yarananda kompromisə gedin. Ən adi ev işləri çox çətin təsir bağışlaya bilər. Yardım təklifi alanda aqressiv cavab verməyin.